Pakistanda partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib
31.01.2023 [12:05]
Xəbərin mətni
Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşəvər şəhərində məscidin partladılması nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, Pakistan polisinin məlumatına görə, partlayışdan sonra xəstəxanalara 200-dən çox yaralı gətirilib. Onlardan 100-ü xəstəxanadan buraxılıb, 100-nün müalicəsi isə davam edir.