DÜNYA


Fransada pensiya islahatına qarşı etirazlar gündən-günə genişlənir

Fransada pensiya islahatına qarşı etiraz nümayişlərinin ikinci günü başa çatıb. Nümayişdən sonra hökumət və həmkarlar ittifaqları arasında rəqəm mübarizəsi başlayıb. Fransa Daxili İşlər Nazirliyi Parisdə 87 min nümayişçi olduğunu deyir, həmkarlar isə bu rəqəmin 500 min olduğunu iddia edir.
AZƏRTAC xəbər verir ki, Həmkarlar İttifaqları yanvarın 19-da keçirilmiş ilk nümayişlərdə 2 milyon, yanvarın 31-də isə bu 2,8 milyon insanın səfərbər olduğunu bildirir. Daxili İşlər Nazirliyi isə rəqəmlərlə bağlı susur.