DÜNYA


Ukrayna ABŞ-dan alacağı uzaqmənzilli raketlərlə hədəfləri dəqiqliklə vura biləcək

ABŞ Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayır. AZƏRTAC bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir. Hərbi yardım paketinə daha uzunmənzilli raketlər, digər sursat və silahların daxil olacağı gözlənilir. ABŞ-İsveç istehsalı olan “Ground Launched Small Diameter Bomb” yüksəkdəqiqlikli idarə olunan bu raketlər HIMARS sistemlərindən buraxılır və onlarla kilometr uzaqlıqdakı hədəfləri dəqiqliklə vura bilir.