DÜNYA


Benyamin Netanyahu və Emmanuel Makron Parisdə görüşüblər

İsrailin Baş naziri Benyamin Netanyahu və Fransa Prezidenti Emmanuel Makron Fransanın paytaxtı Parisdə bir araya gəliblər. AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, İsrailin Baş naziri görüşdən əvvəl verdiyi açıqlamada İranın təhdidləri və ərəb ölkələri ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün imzalanan “İbrahim razılaşmaları”nın genişləndirilməsini müzakirə etməyi planlaşdırdığını deyib.