DÜNYA


Suriyada zəlzələ nəticəsində 237 nəfər ölüb

Regionda baş verən güclü zəlzələ nəticəsində Suriyada azı 237 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ zamanı, həmçinin 639 nəfər xəsarət alıb. Ölüm hallarının əksəriyyəti Lazkiyə, Hələb, Hama və Tartus əyalətlərində qeydə alınıb. Dəmir yollarında və körpülərdə zədələrin mümkünlüyü nəzərə alınaraq, ölkənin şimalında qatarların hərəkəti dayandırılıb.