DÜNYA


Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 2921 nəfərə çatıb

Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Məlumata görə, təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.