Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ukraynalılar və soydaşlarımız Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini yad edirlər - AZƏRTAC-ın reportajı

07.02.2023 [17:54]

Xəbərin mətni

Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün ukraynalılar qardaş ölkənin Ukraynadakı səfirliyinin qarşısına gələrək gül dəstələri qoyurlar.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, gün ərzində buraya gələn vətəndaşlar Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirir, zəlzələdə həlak olanların xatirəsinə şam yandırırlar.