Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd etdilər: Ölənlər və yaralananlar var

09.02.2023 [14:01]

Türkiyədə Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd ediblər. Mətbuata verilən açıqlamada məhkum və saxlanılanların bəzilərinin yanğın törədərək qaçmağa cəhd etdiyi, lakin qanunvericilik çərçivəsində lazımi tədbirlərin görüldüyü bildirilib. Qeyd edilib ki, baş verən hadisə zamanı məhkum və saxlanılanlardan 12 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan 3-ü həyatını itirib.