DÜNYA


Hatayda zəlzələdən 102 saat sonra bir ailə dağıntılar altından sağ çıxarıldı

Türkiyədə təbii fəlakətin 5-ci günündə ürək ağrıdan xəbərlərlə yanaşı, sevindirici xəbərlər də gəlir. Dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Hatay vilayətinin İskenderun rayonunda zəlzələdən 102 saat sonra beşmərtəbəli binanın dağıntıları altından 6 nəfərlik ailəni - Yasəmən və Qədir Oqtayı dörd uşağı ilə birlikdə sağ çıxara biliblər. Hazırda həmin binadakı daha bir ailənin xilas edilməsi gözlənilir.