Siyəzəndə “Audi” yük avtomobilinə çırpılıb - sürücü yaralanıb, 3 sərnişin ölüb
11.02.2023 [19:01]
Xəbərin mətni
Bu gün saat 15:20 radələrində Siyəzən rayonu Heydər Əliyev küçəsində 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsində kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.