Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə 133 saat sonra iki aylıq körpə və 55 yaşlı kişi xilas edildi

11.02.2023 [19:41]

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların xilas edilməsi işləri davam edir. Hatay bölgəsində xilasedicilər ard-arda iki uşağın xilasına seviniblər. 131 saat dağıntı altında qalan 7 yaşlı İlqın və 128 saat dağıntı altında qalan iki aylıq olduğu təxmin edilən körpə xilas edilərək xəstəxanaya çatdırılıb. Qaziantepdə beş nəfərlik ailənin başçısı 55 yaşlı kişi xilas edilib.