Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hatayda yenidən zəlzələ olub

11.02.2023 [23:04]

Xəbərin mətni

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.