Prezident İlham Əliyev: Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir
13.02.2023 [17:13]
Xəbərin mətni
Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.