FHN-in xilasediciləri zəlzələ bölgəsində çadırlar qururlar
13.02.2023 [19:11]
Xəbərin mətni
Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraşda çadırların qurulmasını həyata keçirirlər.