Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb

14.02.2023 [18:01]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə fevralın 11-də yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kahramanmaraşa gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.