CƏMİYYƏT


Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əlimərdan Cəfərov saxlanılıb.
Həmçinin Ə.Cəfərovun yaşadığı evə narkotik almaq məqsədi ilə gələn rayon sakinləri V.Məmmədov və R.Əliyev saxlanılıblar.