SİYASƏT


Müdafiə naziri azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə tikintisi davam edən bir neçə hərbi obyektdə görülən işlərlə tanış olub.