Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Zelandiyada “Qabriel” siklonu

16.02.2023 [19:21]

Yeni Zelandiyada baş verən qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib.
Bundan başqa, dünən axşam saatlarında sakinlər 6 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Güclü qasırğa səbəbindən azı beş nəfər həlak olub - biri uşaqdır. Həmçinin itkin düşənlər var.