CƏMİYYƏT


Siyəzəndə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib

Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində "Mercedes Vito" markalı avtomobilin sərnişinləri – 34 yaşlı İsmayılova Aygün Eldar qızı, 38 yaşlı Vəliyeva Aygün Vidadi qızı və "Opel" markalı avtomobilin sürücüsünün anası, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı ölüblər.