CƏMİYYƏT


Azərbaycandan qardaş Türkiyəyə modul tipli daha 22 ev yola salınıb

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli 90 müasir ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.