SİYASƏT


Quru Qoşunları komandanı komanda-qərargah təlimini izləyib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir.