DÜNYA


Paris yaxınlığındakı ticarət mərkəzində çaxnaşma yaranıb

Parisin yaxınlığında yerləşən “La Defense” məhəlləsində bir nəfərin özünü öldürməsi oradakı ticarət mərkəzində böyük çaxnaşma yaradıb.
AZƏRTAC xəbər verir ki, “La Defense”də bir nəfərin özünü pəncərədən atması ticarət mərkəzindəki insanlar arasında çaxnaşma yaradıb. Belə ki, onun yerə çırpılması zamanı yaranan səsi insanlar güllə səsinə oxşadıblar. Bu isə “Quatre Temps” ticarət mərkəzindəki izdihamın təşvişə düşməsinə səbəb olub.