DÜNYA


Braziliyada yağan güclü yağışlar çoxlu sayda insanın ölümünə səbəb olub

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb, onlarla insan itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.
Məlumata əsasən, son sutka ərzində bölgəyə bir aylıq yağıntı düşüb. Təbii fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.