DÜNYA


Şanlıurfada partlayış olub, ölənlər və yaralananlar var

Bu gün Türkiyənin Şanlıurfa şəhərindəki bir binada partlayış olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Zədələnən binadan insanlar təxliyə olunub və digər təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonunun partlaması ehtimalı yüksək olsa da, hələ dəqiq deyil.