FHN şərti yanğın təlimi keçirib
20.02.2023 [14:01]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 34 ünvanında yerləşən “Rav” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.