CƏMİYYƏT
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb
21.02.2023 [09:56]
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
25.03.2023 [18:28]
25.03.2023 [09:02]
23.03.2023 [15:07]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
24.03.2023 [09:34]