Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Prezidenti Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

21.02.2023 [10:14]

Xəbərin mətni

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Azərbayacan Gənclər Fondundan məlumat verilib.
Dövlət başçısı zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib. “Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız”, - Türkiyənin dövlət başçısı görüş zamanı bildirib. Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.