CƏMİYYƏT


Göyçayda narkotiklərin dövriyyəsi ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində üzərində odlu silah gəzdirən, mənzildən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq istintaqa təqdim olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə və odlu silah-sursat daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.