CƏMİYYƏT


Yanacaqdoldurma məntəqəsinin ərazisində açıq oddan istifadə edilən obyektlərin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhərinin Natəvan küçəsi 69 ünvanındakı “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.