Müdafiə Nazirliyi sürücü ixtisası üzrə kursa qəbul elan edir
22.02.2023 [17:56]
Xəbərin mətni
Müdafiə Nazirliyi sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul elan edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər bu il martın 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.