Xocalı faciəsi qurbanlarının xatirəsi Estoniyada da anılıb
24.02.2023 [18:45]
Xəbərin mətni
Azərbaycanın Estoniyadakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Tallin şəhər Filarmoniyasında anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib.