CƏMİYYƏT


Avtomobil şüşələrinə üzlüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsiylə bağlı yeni qaydalar qüvvəyə mindi. Nazirlər Kabinetinin yeni qərarına əsasən, bir sıra nəqliyyat vasitələrində arxa yan şüşələrlə yanaşı, ön hissədəki şüşəyə də müəyyən edilmiş həddə üzlüklərin çəkilməsinə icazə verilir. Həmçinin, nəqliyyat vasitələrinin ön şüşəsinin yuxarı hissəsində və eyni zamanda hər iki yan tərəfdə arxanı göstərən güzgülər olduqda, çəkilən üzlüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.