SİYASƏT


Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə səfir Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov çıxış edərək Ermənistanın ölkəmizə qarşı başladığı silahlı münaqişənin ən qanlı səhifəsini 31 il əvvəl Xocalı şəhərində törədilən soyqırımının təşkil etdiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır