SİYASƏT


Çində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səslənib.