SİYASƏT


Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillər
Milli Aerokosmik Agentliyin obyektivindən

Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: “Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...”.