SİYASƏT


Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları Xocalı faciəsi ilə bağlı şüarlar səsləndirirlər

Azərbaycanlı ekofəallar və könüllü gənclər Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasının 77-ci günündə Xocalı faciəsi ilə bağlı şüarlar səsləndirirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam edilmiş müxbiri xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan, rus, ingilis dillərində Xocalı faciəsi ilə bağlı hazırlanmış plakatları qaldırır, “Xocalıya Ədalət!”, “Justice for Khojaly” şüarlarını səsləndirirlər. Həmçinin aksiya ərazisində “Xocalıya Ədalət!” kampaniyasının rəmzi olan badam ağacının çiçəyi formasında maket və Xocalı faciəsi ilə bağlı lövhələr yerləşdirilib.