Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malatyada zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb

27.02.2023 [15:00]

Xəbərin mətni

Bu gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, 22 bina çöküb, 5 nəfər dağıntılar altından çıxarılıb, xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.