SİYASƏT
Moskvada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib
27.02.2023 [18:15]
Xəbərin mətni
Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.