DÜNYA


Adıyamanda qırılma xətti havadan görüntüləndi

Türkiyənin Adıyaman şəhərində zəlzələdən sonra dağların arasından keçən qırılma xətti havadan görüntülənib. Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə iki güclü zəlzələ zamanı Adıyaman ən çox dağılan yerlərdən biri olub. Adıyamanın Gölbaşı rayonunda dağlar arasında əmələ gələn qırılma xətti metrlərlə uzanır.