SİYASƏT


Ceyhun Bayramov: Bu ilki hadisələri müzakirə etmək imkanımız yarandı

Ətraflı müzakirələr aparmağa imkanımız oldu və geniş spektrli suallar müzakirə edildi. Keçən ilin nəticələri barədə müzakirələrimiz oldu, eyni zamanda, cari il ərzindəki hadisələri müzakirə etmək imkanımız yarandı. Ölkələrimiz arasında diplomatik münasibətləri, eyni zamanda, hökumətlərarası münasibətlərin perspektivləri barədə fikir mübadiləsi apardıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.