Sergey Lavrov: Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik
28.02.2023 [16:22]
Xəbərin mətni
Azərbaycanın, Rusiyanın və Ermənistanın səlahiyyətli şəxsləri işçi qrupu səviyyəsində konkret nəticələr əldə edəcəklər. Dəmir yolunun işə salınması, o cümlədən Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.