DÜNYA


Yunanıstanda qatar toqquşması zamanı həlak olanların sayı 29-a çatıb

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ERT NEWS xəbər kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.
Onun sözlərinə görə, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər xəsarət alıb.