Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi qeyd olunub

01.03.2023 [19:47]

Xəbərin mətni

Martın 1-də Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.
Tədbirdən əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi institutun ərazisində yeni istifadəyə verilən idman kompleksində yaradılan şəraitlə tanış olub.
Müdafiə nazirinə məruzə edilib ki, kompleksdə kursantların fiziki hazırlığının daha da yaxşılaşdırılması, eləcə də idmanın bütün növü ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI