SİYASƏT


Laçın-Xankəndi yolu: Sülhməramlıların daha 26 avtomobilinin keçidinə şərait yaradıldı

Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 26 təminat-təchizat və minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçib. Bu saata qədər isə ümumilikdə Rusiya sülhməramlılarına məxsus 39 avtomobilin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.