SİYASƏT
Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşü işini plenar sessiyalarla davam etdirib
02.03.2023 [19:30]
Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işini plenar sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən sessiyada əvvəlcə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Raponda, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Efiopiya Baş nazirinin müavini Demeke Mekonnen Hassen çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, qarşıda dayanan problemlərin həlli istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən danışıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.03.2023 [15:59]
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
15.03.2023 [16:07]
02.04.2023 [10:05]