DÜNYA


İndoneziyada yanacaq anbarında baş verən yanğında azı 17 nəfər ölüb

İndoneziyanın paytaxtında yanacaq anbarında baş verən yanğın azı 17 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Cakartanın yanğınsöndürmə və xilasetmə departamenti məlumat yayıb.
Yanğın Şimali Cakartanın Tanah Merah məhəlləsində əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən dövlət neft və qaz şirkəti “Pertamina” tərəfindən idarə olunan “Plumpang” yanacaq anbarında baş verib.