CƏMİYYƏT


“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşdu: Xəsarət alanlar var

Mingəçevirli futbolçuları daşıyan avtobus Muğanlı-İsmayıllı yolunda yük maşını ilə toqquşub.
AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 11-ci kilometrliyində, Ağsunun Sanqalan kəndi ərazisində baş verib.
İlkin məlumatlara görə, Mingəçevir futbol klubunun oyunçularını aparan avtobus tikinti şirkətinə məxsus yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki maşında olan sürücü və sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.