CƏMİYYƏT


AZƏRTAC ilin informasiya agentliyi mükafatına layiq görülüb

Martın 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.