CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanıldı

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis idarəsinin əməkdaşları bu ilin yanvar-fevral ayında rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatları davam etdirib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər əməliyyatlar zamanı saxlanılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiklərinə görə məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.