Almaniyada atışma nəticəsində ölənlərin sayı 7-yə çatıb
10.03.2023 [10:06]
Xəbərin mətni
Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzində atışma nəticəsində həlak olanların sayı 7-yə çatıb, 24 nəfər yaralanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Yaralananlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.